Mahir Emreli Türkiyədə ilk qolunu vurub, "Konyaspor" uduzub
- 19 aprel, 2023
- 19:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin icarə əsasında çıxış etdiyi "Konyaspor" Türkiyə Super Liqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Konya şəhərinin eyniadlı təmsilçisi doğma meydanda "Adana Demirspor"u qəbul edib. Emrelinin start heyətində meydana çıxdığı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin yeganə qolunu 41-ci dəqiqədə məhz azərbaycanlı hücumçu vurub. Bu, 26 yaşlı forvardın yeni komandasında ilk qolu olub. O, 60-cı dəqiqədə Robert Muriçlə əvəzlənib.
Qeyd edək ki, bu nəticədən sonra 39 xalı olan "Konyaspor" 9-cu pillədə qərarlaşıb. 54 xalı olan "Adana Demirspor" isə 4-cü sırada yer alıb.
22:12
Azərbaycan millisinin futbolçusu Mahir Emreli icarə əsasında çıxış etdiyi Türkiyə "Konyaspor"unda ilk qolunu vurub.
"Report"un məlumatına görə, 26 yaşlı hücumçu evdə "Adana Demirspor"a qarşı keçirdikləri Superliqanın XXX tur oyununda fərqlənib.
41-ci dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib - 1:1.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur.