İsrailin "Makkabi" klubu Mahir Emrelini heyətinə qatmaq istəyib

Futbol
  • 13 iyul, 2026
  • 13:02
İsrailin Makkabi klubu Mahir Emrelini heyətinə qatmaq istəyib

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" komandasının futbolçusu Mahir Emreli ilə maraqlanan daha bir klub müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, 29 yaşlı hücumçunun karyerasını İsraildə davam etdirmək imkanı olub.

"Makkabi" (Hayfa) azərbaycanlı forvardı heyətə qatmaq istəyir. Lakin oyunçu hələlik yekun qərarını verməyib.

Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri dəyərləndirir. Daha əvvəl Kiprin APOEL klubundan da imtina edən futbolçu iddialı və avrokuboklarda çıxış edən klubla anlaşmaq niyyətindədir.

Xatırladaq ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.