Macarıstan çempionu "Qarabağ"la oyunlar üçün heyətdə iki dəyişiklik edib
- 30 iyul, 2022
- 12:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstanın "Ferentsvaroş" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarından əvvəl sifariş ərizəsində dəyişiklik edib.
"Report" "Nemzetisport"a istinadən xəbər verir ki, "Keçkemet" klubuna icarəyə verilən qapıçı Adam Varqa və amerikalı Henri Vinqo heyətdən çıxarılıb.
Vinqonun hansı səbəbdən siyahıdan kənarda qaldığı məlum olmasa da, onu Bosniya və Herseqovina millisinin dayaq yarımmüdafiəçisi Muhamed Beşiç əvəzləyib.
Rusiyalı baş məşqçi Stanislav Çerçesov oyunadək – çərşənbə axşamı Avropa vaxtı ilə saat 00:00-dək heyətə daha iki dəyişiklik etmək hüququna malikdir.
Qapıçılar: Adam Boqdan, Deneş Dibus; B siyahısı: Marsell Kovaç, Sabolç Merql, Öri Levente
Müdafiəçilər: Adnan Kovaçeviç, Endre Botka, Eldar Çiviç, Rasmus Telander, Mats Knuster, Lorand Paska, Sami Mmae;
Yarımmüdafiəçilər: Muhamed Beşiç, Aissa Laiduni, Anderson Esiti, Kristofer Zakariasen, Styepan Lonçar, Balint Veçei, Ksavye Mersye; B siyahısı: Oliver Nad
Hücumçular: Adama Traore, Karlos Auski, Frank Boli, Forçun Bassi, Tokmak Nquen; B siyahısı: Damir Redjiç, Norbert Kayan, Kristian Listeş
Qeyd edək ki, "Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.