Luis Suaresdən Messiyə "Barselona" ilə bağlı təklif
Futbol
- 26 may, 2021
- 04:47
İspaniyanın "Atletiko" futbol komandasının hücumçusu Luis Suares "Barselona"nın hücumçusu Lionel Messiyə klubda qalmağı məsləhət görüb.
Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.
“Dost və azarkeş kimi mən ona “Barselona”da qalmağı tövsiyə edərdim", - Suares deyib.
Qeyd edək ki, uruqvaylı hücumçu "Barselona"dan "Atletiko"ya 2020-ci ilin sentyabrında keçib. Suares birinci mövsümdə "Atletiko"nun heyətində İspaniya çempionu olub. Otuz dörd yaşlı hücumçunun "Atletiko" ilə müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir.
Messinin "Barselona" ilə müqaviləsi bu ilin iyununda başa çatır. Otuz üç yaşlı argentinalı bütün karyerasını bu klubun heyətində keçirib. Messi "Barselona"nın heyətində dörd dəfə Çempionlar Liqasının qalibi olub.
Son xəbərlər
08:17
Bakıda üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:05
Paytaxtın Yasamal və Nizami rayonları, həmçinin Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Energetika07:59
ABŞ və İran bir-birinin 80-dən çox hərbi obyektinə qarşılıqlı zərbələr endirib
Region07:42
Çinin şimal-qərbində baş verən torpaq sürüşməsində 21 nəfər həlak olub
Digər ölkələr07:24
Ağdərədə mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var
Hadisə07:14
Alvaro Arbeloa "Fulhem" klubunun baş məşqçisi təyin olunub
Futbol07:05
Foto
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:53
Foto
Xocavənd sakini: Şəhid və qazilərimizin, Ali Baş Komandanımızın sayəsində torpaqlarımıza qayıdırıq
Daxili siyasət06:28
Foto