"Liverpul" klubunda sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib

Futbol
  • 24 oktyabr, 2025
  • 23:53
Liverpul klubunda sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib

İngiltərə təmsilçisi "Liverpul"un hücumçusu Federiko Kyeza sentyabr ayı üçün klubun ən yaxşı futbolçusu seçilib.

"Report" xəbər verir ki, bu barədə mersisaydlıların mətbuat xidməti məlumat yayıb.

Azarkeşlərin səsverməsinə əsasən ən yaxşı seçilən oyunçu 34 faiz səs toplayıb. İkinci yeri qapıçı Alisson və yarımmüdafiəçi Rayan Qravenberq bölüşüblər. Onların hər ikisinin göstəriciləri 18 faiz olub.

Qeyd edək ki, Kyesa sentyabrda 3 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti