Lionel Messi yeni rekorda imza atıb
Futbol
- 07 mart, 2016
- 08:19
Bakı. 7 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi La Liqanın XXVIII turunda "Eybar"la səfər oyununda "dubl" edərək yeni rekorda imza atıb. "Report"un məlumatına görə, 28 yaşlı argentinalı hücumçu 8 mövsüm ardıcıl olaraq 20 və daha çox qol vuran ilk futbolçu adına sahib çıxıb.
"Real Madrid"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu isə ardıcıl 7 mövsüm bu göstəriciyə nail olub. Sabiq futbolçular Alfredo di Stefano, Ferents Puşkaş və Telmo Sarrada isə bu göstərici 6 mövsümdür.
Qeyd edək ki, Lionel Messi hazırda 307 qolla İspaniya çempionatı tarixinin ən yaxşı bombardiridir.
Son xəbərlər
06:21
Kolumbiya zəlzələnin fəsadları səbəbindən qəhvə ixracını dayandırıb
Digər ölkələr05:44
Husilər Səudiyyə Ərəbistanı qüvvələrinin mövqelərinə zərbə endirib
Digər ölkələr05:14
Kolumbiyada zəlzələdən sonra beş hava limanı fəaliyyətini bərpa edib
Digər ölkələr04:35
KXDR-in atdığı raket Yaponiyanın xüsusi iqtisadi zonasının ətrafına düşüb
Digər ölkələr04:08
Rusiyanın ən böyük neft-kimya kompleksi dron hücumuna görə fəaliyyətini dayandırıb
Region03:54
Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
Digər ölkələr03:21
Bab əl-Məndəb boğazında gəmiyə zərbə nəticəsində ölənlərin sayı altıya çatıb – YENİLƏNİB
Digər ölkələr02:46
Video
Kolumbiyada zəlzələ qurbanlarının sayı 234 nəfərə çatıb - YENİLƏNİB-12
Digər ölkələr02:18