Levandovski Ronaldunun göstəricisini təkrarlayıb, Müllerin rekordunu qırıb

Futbol
  • 18 dekabr, 2021
  • 06:21
Levandovski Ronaldunun göstəricisini təkrarlayıb, Müllerin rekordunu qırıb

Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, polşalı forvard buna evdə "Volfsburq"u 4:0 hesabı ilə məğlub etdikləri Bundesliqanın XVII tur matçında fərqlənməklə nail olub.

Qarşılaşmanın 87-ci dəqiqəsində rəqib qapısına yol tapan 33 yaşlı hücumçu bir təqvim ilində bütün turnirlər daxil olmaqla 69-cu qolunu vuraraq portuqaliyalı oyunçuya çatıb. Bu il ölkə çempionatında qollarının sayını 43-ə çatdıran Levandovski Almaniya millisinin əfsanəvi hücumçusu Gerd Müllerin 1972-ci ildəki rekordunu (42 qol) yeniləyib.

Qeyd edək ki, bir təqvim ilində vurulan qolların sayına görə rekord hazırda Fransa PSJ-sinin formasını geyinən Lionel Messiyə məxsusdur. Argentinalı forvard 2012-ci ildə İspaniya "Barselona"sında oynayarkən 91 qol vurmuşdu.