"Legiya" azarkeşləri "Lester"lə oyunda polisə hücum ediblər
Futbol
- 26 noyabr, 2021
- 06:14
Polşanın "Legiya" klubunun azarkeşləri İngiltərədə "Lester"ə 1:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda iğtişaşlar törədib.
"Report"un məlumatına görə, qarşılaşmanın ikinci hissəsində Varşava təmsilçisinin fanatları pirotexniki vasitələrdən istifadə edib və "Lester" tərəfdarlarının yerləşdiyi sektora keçməyə çalışıblar.
Bundan əlavə, azarkeşlər onları sakitləşdirməyə çalışan polis əməkdaşlarına da hücum ediblər.
Qeyd edək ki, "Legiya"da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir. 24 yaşlı hücumçu həmin qarşılaşmada penaltidən yararlana bilməyib. Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib.
Son xəbərlər
11:09
Bakıda Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi keçilir
Digər11:05
Qazaxıstan Azərbaycanın rəqəmsal təcrübəsindən yararlanmaq istəyir
İKT11:01
Paşinyan: Ermənistanda 2026-cı il seçkiləri sülh və sabitlik üçün böyük əhəmiyyət kəsb edir
Region10:58
İcraçı direktor: Hər ay təxminən 1000 kubmetrdən çox tibbi tullantı zərərsizləşdirilib
Sağlamlıq10:57
Konqo nümayəndəsi: Bakı Təşəbbüs Qrupunun müstəmləkəçiliyi gündəmə gətirməsi təqdirəlayiqdir
Xarici siyasət10:51
"Sabah"ın baş məşqçisi: "Rotasiya olmadan Çempionlar Liqasında qələbə qazanmaq çətindir"
Komanda10:51
Orxan Məmmədov: "Françayzinq KOB subyektləri üçün yeni düşüncə tərzidir"
Digər10:51
Sumqayıtda 500 abonentin qazı kəsiləcək
Energetika10:49