La Liqa: “Barselona” – “Osasuna” oyununun keçiriləcəyi tarix açıqlanıb

Futbol
  • 17 mart, 2025
  • 18:17
La Liqa: “Barselona” – “Osasuna” oyununun keçiriləcəyi tarix açıqlanıb

İspaniya Kral Futbol Federasiyası təxirə salınmış “Barselona” – “Osasuna” oyununun keçiriləcəyi tarixi açıqlayıb.

"Report" xəbər verir ki, XXVII turun matçı martın 27-də reallaşacaq.

Qeyd edək ki, qarşılaşma martın 8-də baş tutmalı idi. Kataloniyalıların həkimi Karles Minyaro Qarsiyanın vəfat etməsi səbəbindən oyun təxirə düşüb.

La Liqada turnir cədvəlinə 60 xalla "Barselona" başçılıq edir. Osasuna 33 xalla 14-cü yerdədir.

44 - Tezliklə