La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

Futbol
  • 29 avqust, 2022
  • 23:12
La Liqa: Atletiko Valensiyanı məğlub edib

"Atletiko" İspaniya çempionatının III turunun matçında "Valensiya"ya 1:0 hesabı ilə qalib gəlib.

"Report"un məlumatına görə, yeganə qolu matçın 66-cı dəqiqəsində Antuan Qrizmann vurub.

Qarşılaşmanın 24-cü dəqiqəsində hakim VAR-ın köməyindən sonra "Valensiya"nın qolunu hesaba almayıb.

Bu görüşdən sonra "Atletiko" 6 xalla turnir cədvəlində altıncı, "Valensiya" isə 3 xalla 14-cü pillədə qərarlaşıb.