Kriştianu Ronaldunun transfer məbləği açıqlanıb
Futbol
- 31 avqust, 2021
- 07:19
İtaliya "Yuventus"undan İngiltərənin "Mançester Yunayted" klubuna keçən Kriştianu Ronaldunun transferinin maliyyə detalları açıqlanıb.
"Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun transfer məbləği 15 milyon avro təşkil edib.
Məbləğ 5 il ərzində ödənilməlidir. Bundan başqa, "qırmızı şeytanlar" və Ronaldu konkret idman nailiyyətləri əldə edəcəyi təqdirdə Turin təmsilçisi üçün 8 milyon avro bonus nəzərdə tutulub.
Təcrübəli forvard "Yuventus"a 2018-ci ildə İspaniya "Real Madrid"indən keçib. O, iki dəfə A Seriyasının, bir dəfə ölkə kubokunun, iki dəfə isə superkubokun qalibi olub.
Portuqaliyalı oyunçu 3 mövsüm ərzində 133 oyuna çıxıb və 101 qola imza atıb.
Son xəbərlər
16:04
Azərbaycanda "Toxumçuluq haqqında" qanun qüvvəyə minib
ASK16:02
İƏT ölkələrinin Ticarət və Sənaye palataları biznes vizalarının sadələşdirilməsini müzakirə edir
Biznes16:01
Foto
Video
Naxçıvanı Zəngəzur dəhlizinə bağlayacaq dəmir yolunun tikintisindən - REPORTAJ
İnfrastruktur16:01
"Mançester Yunayted" PSJ-nin futbolçusu İbrahim Mbayenin transferi üçün danışıqlara başlayıb
Futbol15:57
KTN Samuxda qeydə alınmış hadisə ilə bağlı məlumat yayıb
ASK15:40
Azərbaycan Mərkəzi Bankının dövriyyədəki notlarının dəyəri 1 milyard manatı keçib
Maliyyə15:35
Xəzər İbrahim: Çolpon-Ata sammiti Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün yeni imkanlar açır
Xarici siyasət15:30
Almaniyada iri tədqiqat mərkəzində partlamamış mərmi aşkarlanıb – EKSKLÜZİV - YENİLƏNİB
Digər ölkələr15:26