Kriştianu Ronaldunun oğlu debüt oyununda qol vurub

Futbol
  • 03 oktyabr, 2016
  • 00:00
Kriştianu Ronaldunun oğlu debüt oyununda qol vurub

Bakı. 3 oktyabr. REPORT.AZ/ Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun oğlu İspaniyanın dördüncü divizionunda çıxış edən "Posuelo-de-Alarkon" klubunun uşaq komandasının heyətində keçirdiyi ilk oyununda qol vurub.

"Report" xəbər verir ki, bu barədə AS qəzeti yazıb.

Nəşrin məlumatına görə, 6 yaşlı futbolçu oyunun birinci hissəsində fərqlənib və onu atasının üslubunda qeyd edib. Portuqaliyalı özü də oyunu izləyib.

Ronaldu 2010-cu ildə ata olub. Bir fərziyyəyə görə, onun oğlu kiçik Kriştianu surroqat anadan dünyaya gəlib.