Konfrans Liqasında yarımfinalın ilk oyunları keçiriləcək

Futbol
  • 11 may, 2023
  • 03:45
Konfrans Liqasında yarımfinalın ilk oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

"Report"un məlumatına görə, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

"Fiorentina" İtaliyada İsveçrə "Bazel"ini qəbul edəcək. Digər matçda isə Niderlandın "AZ Alkmaar" klubu İngiltərədə "Vest Hem"in qonağı olacaq.

UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
11 may

23:00. "Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə)
Baş hakim: Fransua Leteksye (Fransa)
Florensiya, "Artemio Franki" stadionu

23:00. "Vest Hem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland)
Baş hakim: Halil Umut Meler (Türkiyə)
London, "London" stadionu

Qeyd edək ki, komandalar arasında cavab oyunları mayın 18-də gerçəkləşəcək.

44 - Tezliklə