Konfrans Liqasında növbəti mövsümün final matçının yeri bəlli olub

Futbol
  • 10 may, 2022
  • 15:51
Konfrans Liqasında növbəti mövsümün final matçının yeri bəlli olub

UEFA Konfrans Liqasında 2022/2023 mövsümünün final oyununun yeri açıqlanıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnirin həlledici qarşılaşmasına Çexiyanın paytaxtı Praqa ev sahibliyi edəcək.

Görüş iyunun 7-də "Eden Arena"da keçiriləcək.

UEFA-nın növbəti - 47-ci Konqresi isə 2023-cü il aprelin 5-də Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq.