Konfrans Liqası: "Fənərbağça" növbəti qələbəsini qazanıb

Futbol
  • 26 oktyabr, 2023
  • 18:42
Konfrans Liqası: Fənərbağça növbəti qələbəsini qazanıb

Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edib.

Qarşılaşma Türkiyə klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Fənərbağça" vahid liderliyini davam etdirir. Qonaqlar 3 xalla üçüncüdür.