Komanda yoldaşı Ronalduya görə karantinə alına bilər
Futbol
- 14 oktyabr, 2020
- 08:35
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Brunu Fernandeş 14 günlük karantinə alına bilər.
"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, səbəb onun Portuqaliya yığmasındakı komanda yoldaşı Kriştianu Ronaldunun koronavirusa yoluxmasıdır.
Britaniya hökumətinin təlimatlarına əsasən, koronavirus xəstəsi ilə təmasda olan şəxs ölkəyə qayıtdıqdan sonra 14 günlük karantinə alınmalıdır. Bu qaydanın portuqaliyalı oyunçuya şamil edilməmə ehtimalı da var. Belə olacağı təqdirdə, Fernandeş "qırmızı şeytanlar"ın heyətində qarşıdakı 4 oyunu buraxacaq.
Qeyd edək ki, Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun koronavirusa yoluxduğunu ötən gün açıqlayıb. Yığma bu gün Millətlər Liqasının IV tur matçında İsveçi qəbul edəcək.
Son xəbərlər
01:20
ABŞ Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcıları göndərir
Digər ölkələr01:20
DÇ-2026-nın final oyununda əsas vaxt başa çatıb - YENİLƏNİR-3
Futbol00:50
Livan Prezidenti və Rubio İsraillə sülh razılaşmalarının icrasını müzakirə edib
Digər ölkələr00:17
DÇ-2026-nın finalının ilk hissəsində antirekord qeydə alınıb
Futbol00:05
Foto
Tom Kruz, Cennifer Hadson və Tramp: Dünya çempionatının rəngarəng bağlanış mərasimi
Futbol23:45
Pentaqon iyulun 18-də İraqda ABŞ hərbçisinin həlak olduğunu açıqlayıb
Digər ölkələr23:40
İraqın Baş naziri Tehrana səfər edəcək
Region23:33
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
Fərdi23:24