Kilian Mbappe Səudiyyə Ərəbistanından 400 milyon avroluq təklif alıb

Futbol
  • 22 iyul, 2023
  • 13:55
Kilian Mbappe Səudiyyə Ərəbistanından 400 milyon avroluq təklif alıb

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan 400 milyon avroluq müqavilə təklifi alıb.

“Report” xəbər verir ki, bu barədə tanınmış italiyalı insayder Fabritsio Romano tviter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, “Əl-Hilal” rəhbərliyi 2 illik müqavilə qarşılığında 25 yaşlı hücumçuya bu məbləği ödəməyə hazırdır. Ərəblər, həmçinin, PSJ-yə də 200 milyon avro təklif göndəriblər.

İspaniyanın “Real Madrid” klubunun da maraq dairəsində olan Fransa millisinin üzvü təkliflərin heç birini hələlik cavablandırmayıb. PSJ qərarsız olduğu üçün onu hətta yay təlim-məşq toplanışına cəlb etməyib.

Qeyd edək ki, Kilian Mbappenin parislilərlə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

44 - Tezliklə