Kiberidman 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil edilə bilər

Futbol
  • 09 avqust, 2017
  • 11:09
Kiberidman 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil edilə bilər

Bakı. 9 avqust. REPORT.AZ/ Kiberidman 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil edilə bilər. 

“Report”un məlumatına görə, bu barədə Fransanın paytaxtı Parisdə keçiriləcək Oyunların Təşkilat Komitəsinin rəhbəri Toni Estanquet “Associated Press”ə açıqlama verib.

O bildirib ki, bunun üçün kiberidman nümayəndələri və Beynəlxalq Olimpiya Komitəsi arasında müzakirələr aparılacaq.

2024-cü il Yay Olimpiya Oyunlarının proqramı 2019-cu ildə müəyyənləşdiriləcək, Tokio-2020-dən sonra isə təsdiqlənəcək.

Qeyd edək ki, kiberidman (digər adı e-Sport) kompüter oyunu yarışmalarına verilən addır. Əsasən peşəkar oyunçular arasında təşkil edilir. Kiberidmanlarda ən çox rastlanılan oyun növləri real zamanda strategiya oyunları, döyüş oyunları, birinci şəxs atıcı oyunları və idman oyunlarıdır.