"Keşlə"nin 7 futbolçusu həftənin komandasına seçildi
- 27 fevral, 2020
- 08:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turunun rəmzi komandası bəlli olub.
“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “InStat”ın təhlili əsasında “11-liy”ə "Keşlə"dən 7, "Qarabağ"dan 3 və "Neftçi"dən bir futbolçu düşə bilib.
Həftənin oyunçusu adına isə "Qarabağ"dan Abdullah Zubir layiq görülüb.
Qapıçı: Stanislav Namaşko – 311 (“Keşlə”)-2
Müdafiəçilər: Anton Krivotsyuk - 286 (“Neftçi”)-5, Bədavi Hüseynov – 292 (“Qarabağ”)-4, Miyusko Boyoviç - 290 (“Keşlə”)-5, Cabir Əmirli - 262 (“Keşlə”)
Yarımmüdafiəçilər: Abdulla Zubir – 321 (“Qarabağ”)-5, Con Kamara - 314 (“Keşlə”), Pərviz Azadov - 259 (“Keşlə”), Şahrux Qadoyev – 301 (“Keşlə”)
Hücumçular: Mahir Emreli - 260 (“Qarabağ”)-5, Aleksandr Kristovao – 270 (“Keşlə”)
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.