"Keşlə" komandasının kapitanı "Neftçi"yə keçib

Futbol
  • 18 noyabr, 2017
  • 11:38
Keşlə komandasının kapitanı Neftçiyə keçib

Bakı. 18 noyabr. REPORT.AZ/ "Keşlə" komandasının kapitanı Nizami Hacıyev "Neftçi"yə keçib. 

"Report"un məlumatına görə, bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü jurnalistlərə açıqlamasında bildirib.

N.Hacıyev mövsümün ilk yarısı bitdikdən sonra yeni klubuna qoşulacağını bildirib.

Qeyd edək ki, Topaz Premyer Liqasında mövsümün ilk yarısının bitməsinə cəmi 2 tur qalıb.