Kərim Benzema "Real Madrid"lə müqaviləsini uzadıb

Futbol
  • 10 fevral, 2023
  • 16:53
Kərim Benzema Real Madridlə müqaviləsini uzadıb

Fransa millisinin futbolçusu Kərim Benzema İspaniya "Real Madrid"i ilə müqaviləsinin müddətini uzadıb.

"Report"un məlumatına görə, bu barədə "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

İtaliyalı mütəxəssis bildirib ki, 36 yaşlı hücumçu növbəti mövsümü də Madrid təmsilçisində keçirəcək. O, La Liqa klubu ilə 1 illik yeni sözləşməyə imza atıb.

Qeyd edək ki, Kərim Benzemanın müqaviləsi bu ilin yayında başa çatmalı idi.

44 - Tezliklə