Kərim Benzema "Əl-Hilal"dan ayrılmaq üçün şərt irəli sürüb

Futbol
  • 18 avqust, 2026
  • 14:37
Kərim Benzema Əl-Hilaldan ayrılmaq üçün şərt irəli sürüb

Fransalı futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılmaq üçün şərt irəli sürüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı hücumçu müqaviləsini vaxtından əvvəl ləğv etməyə hazırdır.

Lakin təcrübəli forvard sözləşməsinin qalan bir ili üçün maaşının tam ödənilməsini istəyir. "Əl-Hilal" bu məsələ yekunlaşmamış prinsipial razılığa gəldiyi Olli Uotkinsin ("Aston Villa") transferini başa çatdıra bilməz.

Xatırladaq ki, K.Benzema bu ilin yayında "Əl-İttihad"dan "Əl-Hilal"a keçib. O, bu komandada 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.