"Kəpəz" yoxlama görüşündə Küveyt klubuna qalib gəlib

Futbol
  • 22 iyul, 2024
  • 14:52
Kəpəz yoxlama görüşündə Küveyt klubuna qalib gəlib

"Kəpəz" klubu növbəti yoxlama matçını keçirib

"Report" xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə görüşüb.

Qəbələ şəhər stadionunda baş tutan matç "sarı-göylər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qərb təmsilçisinin heyətində Lassana Ndiaye və Kərim Lkoça fərqlənib.

Qeyd edək ki, "Kəpəz" daha əvvəlki yoxlama görüşlərində "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub.

44 - Tezliklə