"Kəpəz" - "Binə" oyununun yeri dəyişdirilib

Futbol
  • 25 noyabr, 2017
  • 23:56
Kəpəz - Binə oyununun yeri dəyişdirilib

Bakı. 26 noyabr. REPORT.AZ/ "Kəpəz" klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Binə" ilə matçının yerinin dəyişdirilməsini xahiş edib.

"Report" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "sarı-göylər" ev oyunlarını keçirdiyi Gəncə Şəhər Stadionunda qarşılaşmaların ardıcıl reallaşdığını əsas gətirərək belə bir addım atıblar.

"Kəpəz" klubunun müraciətini və "Binə"nin razılığını əsas götürən PFL "Kəpəz" – "Binə" oyununun noyabrın 29-da "Dalğa Arena"da keçirilməsinə qərar verib.