"Kəpəz" Azərbaycan Kubokunda 200-cü qolunu vurub
Futbol
- 30 oktyabr, 2025
- 10:00
"Kəpəz" Azərbaycan Kubokunda 200-cü qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azərbaycan Kubokunun 2025/2026 mövsümünün II təsnifat mərhələsində baş verib.
"Ağstafa Gəncləri" ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. "Kəpəz"in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.
Qərb təmsilçisi 111-ci matçında qol sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız "Qarabağ"la "Neftçi"dən geri qalan "Kəpəz" evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.
Qeyd edək ki, Gəncə komandasının kubokda ilk qolu 1993 mövsümünə təsadüf edib. "Kəpəz" 1/32 finalın ilk oyununda səfərdə "Nicat"la heç-heçə oynayıb – 2:2.
Son xəbərlər
14:38
Azərbaycanda bu il təhsil sistemində adambaşı maliyyələşməyə keçidə 31 milyon manat xərclənəcək
Maliyyə14:38
Amur vilayətində yaşayış evində yanğın olub, dörd nəfər ölüb
Region14:33
Kamran Əliyev Pirallahıda vətəndaşları qəbul edəcək
Daxili siyasət14:31
Azərbaycanda əməyin ödənişi xərcləri 5 %-dən çox artırılıb
Maliyyə14:30
Bayram günlərində təcili tibbi yardıma 27 mindən çox müraciət daxil olub
Sağlamlıq14:23
Azərbaycanda dövlət icbari şəxsi sığorta xərcləri 22 %-ə yaxın artırılıb
Maliyyə14:21
Özbəkistanda avtobus aşıb, iki nəfər ölüb, doqquz nəfər yaralanıb
Region14:18
Azərbaycanda cərimələrdən büdcəyə daxilolmaların 12 % azalacağı gözlənilir
Maliyyə14:17