"Kayrat"ın futbolçusu "Zenit"ə keçir
Futbol
- 12 yanvar, 2022
- 11:59
Qazaxıstan millisinin və "Kayrat"ın futbolçusu Nuralı Alip Rusiya "Zenit"inə transfer olur.
"Report" Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi artıq tibbi müayinədən keçib.
Gənc oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Nuralı Alip bu mövsüm "Kayrat"ın heyətində 13 oyun keçirib. Bunlardan 2-si Almatı təmsilçisinin "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının qrup matçlarına təsadüf edib. Futbolçunun transfer dəyəri 1,7 milyon avrodur. Onun "Kayrat"la 2023-cü ilin yayınadək sözləşməsi var idi.
Qazaxıstan yığması isə UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanın potensial rəqiblərindəndir.
Son xəbərlər
16:01
Rusiya səfiri "İl-20" insidentinə görə Finlandiya XİN-ə çağırılıb - YENİLƏNİB
Digər ölkələr16:00
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov: "Qarabağ"ın "Tvente"ni keçmək şansı 70 faizdir"
Komanda15:55
Azərbaycanda data xidmətlərindən gəlirlər 21 % artıb
İKT15:54
Foto
Report Media Məktəbində 21-ci qrupun təlim proqramı yekunlaşıb
Media15:52
Foto
Bakıda "Ahıska türkləri-itmiş sürgünün izində" sərgisinin açılışı olub
Xarici siyasət15:51
İlham Əliyev Azərbaycanla Türkmənistan arasında müdafiə sahəsində Anlaşma Memorandumunu təsdiq edib
Hərbi15:51
Аzərbaycan və Türkmənistan qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək
Xarici siyasət15:51
Azərbaycan və Türkmənistan arasında gömrük üzrə əməkdaşlıq protokolu təsdiqlənib
Biznes15:49