"Kayrat"ın futbolçusu: "Qarabağ"la oyundakı nəticə heç kimi qane etmədi"
Futbol
- 22 noyabr, 2021
- 15:54
"Uzun fasilədən sonra meydana qayıtdım. Baş məşqçi mənə 90 dəqiqə şans verdi. Bu, fantastik hiss idi".
"Report"un məlumatına görə, bunu Qazaxıstan "Kayrat"ının futbolçusu Yatsek Quralski evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyunu barədə "Super Express" nəşrinə müsahibəsində deyib.
Polşalı yarımmüdafiəçi sözügedən qarşılaşmada yaxşı oynadıqlarını bildirib: "Təəssüf ki, uduzduq. Əlbəttə, yekun nəticə heç kimi qane etmədi. Buna baxmayaraq, öz oyunumdan razı qaldım. Meydana start heyətində çıxmağım və sonadək oynamağım bərpa prosesinin yaxşı keçdiyini göstərdi. Hazırda əsas işim formamı yaxşılaşdırmaq olmalıdır".
Qeyd edək ki, "Kayrat" Bakıdakı görüşdə də "Qarabağ"a eyni hesabla uduzmuşdu.
Son xəbərlər
11:41
AKP PKK-nın Türkiyədən tamamilə çıxması qərarına münasibət bildirib
Region11:19
PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb - YENİLƏNİB
Region11:17
Avstraliyalı üzgüçü Dünya Kubokunda rekorda imza atıb
Fərdi11:11
Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Xarici siyasət11:06
Tramp Kamboca və Tailandla ticarət və mineral sazişləri imzalayıb
Digər ölkələr11:00
Niderlandlı üzgüçü dünya rekordunu yeniləyib
Fərdi10:54
Argentinada parlament seçkiləri keçirilir
Digər ölkələr10:40
Video
Bakıda su anbarına düşən 65 yaşlı kişi xilas olunub
Hadisə10:35