Kanadanın baş məşqçisi Cesse Marş: "Bosniya və Herseqovina ilə oyundan düzgün nəticə çıxarmalıyıq"

Futbol
  • 13 iyun, 2026
  • 01:33
Kanadanın baş məşqçisi Cesse Marş: Bosniya və Herseqovina ilə oyundan düzgün nəticə çıxarmalıyıq

Kanada yığması futbol üzrə DÇ-2026-da Bosniya və Herseqovinaya qarşı keçirdiyi matçdan nəticə çıxarmalıdır.

"Report" FIFA-ya istinadən xəbər verir ki, bunu Kanada millisinin baş məşqçisi Cesse Marş deyib.

O, bərabərə qaldıqları matçla bağlı danışıb:

"Oyunda nəzarəti ələ aldığımızı hiss edirdik. Meydana əvəzetmədən daxil olan futbolçular də matçın gedişatını dəyişdi. İkinci su fasiləsi zamanı futbolçulara rəqibi sıxışdırdığımızı və təzyiqi bir qədər də artırmalı olduğumuzu dedim. İlk hissədən razı qalmadım. Aqressiv oynamırdıq. Fasilədən sonra bu barədə danışdıq və ikinci hissədə meydana çıxdığımız andan etibarən tamamilə fərqli komanda idik. Ancaq bugünkü oyundan düzgün nəticə çıxarmalıyıq. Mübarizəni davam etdirəcəyik".

Qeyd edək ki, Kanada - Bosniya və Herseqovina oyunu 1:1 hesabı ilə yekunlaşıb.

44 filmi