İspaniyada etiraz aksiyaları zamanı iğtişaşlara çağırış etdiklərinə görə 5 nəfər saxlanılıb

Digər ölkələr
  • 30 oktyabr, 2026
  • 18:00
İspaniyada etiraz aksiyaları zamanı iğtişaşlara çağırış etdiklərinə görə 5 nəfər saxlanılıb

İspaniyanın Valensiya əyalətində iğtişaşlara və talançılığa təhrik etdiklərinə görə 5 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə İspaniya mediası Mülki Qvardiyanın məlumatlarına istinadən bildirib.

Qeyd olunub ki, onlardan biri İspaniyadakı "Blok" hərəkatının nümayəndəsidir. Mülki Qvardiya tələbə etirazları zamanı qarət və talançılığa yönəlmiş bu fəaliyyətlərin koordinasiya olunduğu "Telegram" kanalında qrupların yaradılması və idarə edilməsini ona aid edir.

Müstəntiqlər tərəfindən ələ keçirilən danışıqlarda zərgərlik mağazaları, lüks mal mağazaları və univermaqların adı hallanıb. Bundan əlavə, bəzi iştirakçılar mağazaları və hətta Barselona meriyasının binasını yandırmağı təklif ediblər.

Saxlanılanlar arasında yeniyetmələr də var.

Daha əvvəl bildirilirdi ki, oktyabrın 17-18-də keçirilən etiraz aksiyaları zamanı baş vermiş kütləvi iğtişaşlar, dağıntılar və talançılıqdan sonra polis İtaliyanın 20 şəhərində, əsasən də Lombardiya regionunda 150 ünvanda reydlər və axtarışlar aparıb.