Kamerun Afrika Millətlər Kubokunun qalibi olub - VİDEO

Futbol
  • 05 fevral, 2017
  • 21:04
Kamerun Afrika Millətlər Kubokunun qalibi olub - VİDEO

Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, çempion Kamerun millisi olub.

"Ramedilməz Şirlər" finalda Misiri məğlubiyyətə uğradıb - 2:1. Hərçənd, ilk qolu 22-ci dəqiqədə Misir millisinin oyunçusu Məhəmməd Əl-Neni vurub. Lakin 60-cı dəqiqədə Nikolas Nkulu hesabı bərabərləşdirib. 89-cu dəqiqədə isə Türkiyənin "Beşiktaş" klubunda çıxış edən Vensan Abubakar qələbə topuna imza atıb.

Bu, Kamerun millisinin tarixində 5-ci dəfə qazandığı Afrika Millətlər Kuboku olub. "Ramedilməz Şirlər" sonuncu dəfə həmin titulu 2002-ci ildə əldə edblər.

Kamerun Afrika Millətlər Kubokunun qalibi olub - VİDEO