İtaliyalı qapıçı Çempionlar Liqasında həftənin oyunçusu seçilib

Futbol
  • 13 mart, 2025
  • 18:18
İtaliyalı qapıçı Çempionlar Liqasında həftənin oyunçusu seçilib

Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

"Report" UEFA-ya istinadən xəbər verir ki, italiyalı qolkiper 1/8 final mərhələsinin "Liverpul"a (İngiltərə) qarşı cavab matçının penaltilər seriyasında iki zərbəni dəf edərək, parislilərin 1/4 finala yüksəlməsində pay sahibi olub.

Qeyd edək ki, mükafata həmçinin Harri Keyn (“Bavariya”, Almaniya), Marko Asensio (“Aston Villa”, İngiltərə) və Emre Can (“Borussiya”, Almaniya) namizəd idi.