İtaliya millisinin üzvü İngiltərə klubu ilə müqavilə müddətini uzatmaq qərarına gəlib
Futbol
- 22 oktyabr, 2025
- 16:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya millisinin üzvü Sandro Tonali mərc oyunlarına görə futboldan kənarlaşdırıldığı müddət ərzində ona dəstək göstərən İngiltərənin "Nyukasl" klubu ilə müqavilənin müddətini uzatmaq qərarına gəlib.
"Report" "Telegraph"a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi mərc etdiyinə görə futboldan 10 ay müddətinə uzaqlaşdırılmışdı.
Lakin Premyer Liqa təmsilçisinin idman direktoru Den Eşuort və baş məşqçi Eddi Hau futbolçunu cəzalandırmaq əvəzinə ona dəstəklərini əsirgəməmişdilər. Bu səbəbdən o, İngiltərə təmsilçisi ilə müqavilə müddətinin 2030-cu ilə qədər uzadılmasına razılıq verib.
Qeyd edək ki, italiyalı oyunçu 2023-cü ilin oktyabrında "Milan"dan 59 milyon avro qarşılığında transfer olunub.
Son xəbərlər
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr
02:23
Foto
Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fərdi
02:08
Tbilisidə IMMAF dünya çempionatı başlayır, Azərbaycan 7 idmançı ilə təmsil olunur
Fərdi
01:39
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr
01:21
İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub
Region
00:54
Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
00:27
Tusk Konstitusiya Məhkəməsi məsələsində Polşa Prezidenti ilə kompromisə getməyəcəyini açıqlayıb
Digər ölkələr