İtaliya klubu 39 yaşlı hücumçunun transferini açıqlayıb

Futbol
  • 10 iyul, 2025
  • 17:35
İtaliya klubu 39 yaşlı hücumçunun transferini açıqlayıb

İtaliyanın "Fiorentina" klubu 39 yaşlı hücumçu Edin Dzekonun transferini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Onunla 1 illik müqavilə bağlanıb.

E.Ceko ötən mövsüm "Fənərbağça"nın heyətində 53 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. O, əvvəllər "Volfsburq", "Mançester Siti", "Roma" və "İnter" kimi tanınmış klublarda da oynayıb.