İspaniya yığmasının futbolçusunda COVID-19 aşkarlanıb

Futbol
  • 09 iyun, 2021
  • 00:12
İspaniya yığmasının futbolçusunda COVID-19 aşkarlanıb

İspaniya seçməsinin düşərgəsində koronavirus xəstəsi aşkarlanıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, futbol üzrə İspaniya milli komandasının mərkəz müdafiəçisi Dieqo Lorentedən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Komanda təcrid rejimində Avropa çempionatına hazırlaşmağa davam edəcək.

Xatırladaq ki, 6 iyun tarixində İspaniya millisinin mətbuat xidməti komandanın kapitanı Serxio Busketsin koronavirusa yoluxduğunu bildirmişdi.

44 - Tezliklə