İspaniya klubu yayda baş məşqçisi ilə yollarını ayırmağı düşünür
- 03 noyabr, 2025
- 20:59
İspaniyanın "Atletik" (Bilbao) klubu baş məşqçisi Ernesto Valverde ilə yayda yollarını ayırmağı düşünür.
"Report" "larazon.es" portalına istinadən xəbər verir ki, La Liqa təmsilçisi yayda müqaviləsinin müddəti başa çatacaq mütəxəssisə əvəzləyici axtarır.
Komanda cari mövsümün sonunda Valverde ilə yeni sözləşmə imzalamağa isti yanaşmır. Bu səbəbdən yeni çalışdırıcı axtarışlarına start verib.
Bask rəhbərliyi bu posta əsas namizəd kimi hazırda İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut"un baş məşqçisi Andoni İraolanı görür. Bundan başqa, klub İspaniyada "Rayo Valyekano"ya rəhbərlik edən İnyiqo Peres və hazırda "Elçe"ni çalışdıran Eder Sarabiya variantlarını da nəzərdən keçirir.
Sarabiyanın "Elçe" ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir, İraola və Peres isə mövsümün sonunda azad agent statusu qazana bilərlər.