İrlandiya yığması Azərbaycanla oyundan əvvəl problemlə üzləşib
Futbol
- 30 sentyabr, 2021
- 06:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İrlandiya millisi Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl heyətlə bağlı problemlə üzləşib.
"Report" "Independent" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi Dara O Şi zədəli olduğu üçün qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək.
Bundan əlavə, Ceyson Molumbi və Alan Braun cəza, kapitan Şeymus Koulman isə zədə səbəbindən matçı buraxacaq.
Mett Doerti, Ceff Hendrik və Adam İdahın isə durumu hələlik bəlli deyil. Hər üç oyunçu yenicə sıraya dönüb.
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.
Son xəbərlər
04:52
Panamada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr
02:15
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Xarici siyasət
01:43
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
Digər ölkələr
01:09
Mask ABŞ-də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub
Digər ölkələr
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr