"İnter" "Yuventus" komandası ilə görüşdə qələbəni əldən verib
Futbol
- 24 oktyabr, 2021
- 20:45
İtaliya A Seriyasında IX turun mərkəzi görüşü "İnter" və "Yuventus" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, Milan şəhərindəki "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Edin Ceko açıb. 89-cu dəqiqədə isə qonaq komandadan Paulo Dibala penaltini dəqiq yerinə yetirərək, bərabərlik qolunu vurub. Referi Mauritsio Marianinin qərarına etiraz edən "nerazzurri"nin baş məşqçisi Simone İnzagi isə meydandan qovulub.
Bu nəticədən sonra "İnter" 18 xalla 3-cü, "Yuventus" 15 xalla 6-cı pillədə yer alıb.
Son xəbərlər
16:06
Video
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
Elm və təhsil16:02
Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib
Digər ölkələr16:02
"Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
Futbol15:58
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
Hadisə15:57
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
İnfrastruktur15:55
Naxçıvanda yeni ünvan verilmiş daşınmaz əmlak obyektlərinin sayı 31 %-dən çox artıb
İnfrastruktur15:52
Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 48 %-ə yaxın artıb
Maliyyə15:51
Azər Məmmədov Xankəndidə vətəndaşları qəbul edəcək
Energetika15:49