"İnter" Eriksenlə vidalaşıb
- 17 dekabr, 2021
- 14:21
İtaliya "İnter"i futbolçusu Kristian Eriksenlə yollarını ayırıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, danimarkalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
| CHRIS
— Inter (@Inter) December 17, 2021
PER SEMPRE NERAZZURRO. IN BOCCA AL LUPO, @ChrisEriksen8 !
I gol e le vittorie, l'abbraccio dei tifosi fuori da San Siro nel celebrare lo Scudetto: tutto resterà sempre fissato nel segno del nerazzurro. pic.twitter.com/sgJQPJtsfo
10:58
İtaliyanın "İnter" klubu futbolçusu Kristian Eriksenlə müqaviləni qarşılıqlı razılıq əsasında pozmağa qərar verib.
"Report"un məlumatına görə, bu barədə tanınmış jurnalist Fabritsio Romano çəxsi tviterində yazıb. O bildirib ki, belə bir addım 29 yaşlı yarımmüdafiəçinin A Seriyasında kardioverter-defibrillyatorla oynaya bilməyəcəyi ilə əlaqədar atılıb.
"İnter"in tezliklə danimarkalı oyunçu ilə müqavilənin pozulduğuna dair bəyanatla çıxış edəcəyi bildirilir.
Qeyd edək ki, iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin I tur oyunu zamanı Kristian Eriksenin ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb. Onun "İnter"lə müqaviləsi 2024-cü ilədək qüvvədədir.