İngiltərənin "Tottenhem" klubu Sandro Tonalinin transferini rəsmiləşdirib
Futbol
- 06 iyul, 2026
- 14:34
İngiltərənin "Tottenhem" klubu İtaliya yığmasının yarımmüdafiəçisi Sandro Tonalinin transferini rəsmiləşdirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı oyunçu London təmsilçisinə iş icazəsi alındıqdan sonra qoşulacaq.
Təcrübəli futbolçu 2023-cü ilin iyulunda "Nyukasl"a keçib və 110 qarşılaşmada 10 qol müəllifi olub. O, komandaya 2025-ci ildə İngiltərə Liqa Kubokunu qazanmaqda və klubun 70 illik titul həsrətinə son qoymaqda yardım edib.
Qeyd edək ki, İtaliyanın U-19 və U-21 yığmalarında çıxış etmiş S.Tonali əsas milli komandada debütünü 2019-cu ilin oktyabrında, Lixtenşteynə qarşı oyunda gerçəkləşdirib. O, indiyədək keçirdiyi 32 matçda 4 qol vurub.
Son xəbərlər
03:17
Pezeşkian hər şeyə rəğmən, İranın ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib
Region02:54
Paşinyan Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə"nin qidalandırıldığını etiraf edib
Region02:27
İzmirdə 56 qanunsuz miqrant saxlanılıb
Region01:57
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
Region01:23
Foto
Azərbaycan üç ölkə ilə viza prosedurunu sadələşdirir - ƏLAVƏ OLUNUB
Xarici siyasət01:12
Ceyhun Bayramov LLDCs toplantısında Azərbaycanın tranzit və enerji qovşağına çevrildiyini bildirib
Xarici siyasət01:04
"Reuters": Sentyabrın 23-də Hörmüz vasitəsilə blokada ərzində rekord həcmdə neft daşınıb
Digər ölkələr00:52
Foto
Kobaxidze Paşinyanla Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsini müzakirə edib
Region00:44