İngiltərə Premyer Liqası: “Tottenhem” “Mançester Yunayted” üzərində inamlı qələbə qazanıb
- 19 avqust, 2023
- 19:01
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması Londonda “Tottenhem” və “Mançester Yunayted” arasında baş tutub.
“Report” xəbər verir ki, matç “Tottenhem Hotspur Stedium”da keçirilib.
Oyunun 55-ci dəqiqəsində londonluların yarımmüdafiəçisi Pape Sarr hesabı açıb. 83-cü dəqiqədə “mahmızlar” qolların sayını 2-yə çatdırıblar: müdafiəçi Ben Devisin zərbəsindən sonra top Lisandro Martinesə toxunaraq qapıya yuvarlanıb.
Beləliklə, matç “Tottenhem”in inamlı qələbəsi ilə başa çatıb – 2:0.
Xatırladaq ki, ötən mövsüm komandalar iki dəfə qarşılaşıblar. Premyer Liqanın birinci dövrəsində “qırmızı şeytanlar” “mahmızlar”ı 2:0 hesabı ilə məğlub ediblər. İkinci dövrədə isə komandalar heç-heçəyə razılaşıblar – 2:2.
Ötən mövsümün yekununda “Mançester Yunayted” turnir cədvəlində üçüncü, “Tottenhem” isə səkkizinci pillədə qərarlaşıb.