İngiltərə millisinin futbolçusu zədə səbəbindən yığmanın heyətindən çıxarılıb

Futbol
  • 18 mart, 2025
  • 22:23
İngiltərə millisinin futbolçusu zədə səbəbindən yığmanın heyətindən çıxarılıb

İngiltərə millisinin futbolçusu Koul Palmer zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə yarımmüdafiəçinin formasını geyindiyi "Çelsi" klubunun mətbuat xidməti məlumat yayıb.

Məşqdə əzələsini dartan 22 yaşlı oyunçu millinin heyətindən kənarda qalıb.

O, İngiltərə millisinin dünya çempionatının seçmə mərhələsində Albaniya və Latviyaya qarşı keçirəcəyi görüşlərdə iştirak edə bilməyəcək.

44 - Tezliklə