Federasiya İngiltərə millisinin baş məşqçisinə yeni müqavilə təklif edir
Futbol
- 26 iyun, 2021
- 05:48

İngiltərə Futbol Federasiyası (FA) milli komandanın baş məşqçisi Qaret Sautgeytə yeni müqavilə təklif edəcək.
"Report"un məlumatına görə, bu barədə "Daily Telegraph"a açıqlamasında FA-nın icraçı direktoru Mark Bullingem bildirib.
O, 51 yaşlı mütəxəssisin sözləşməsini yeniləmək istədiklərini söyləyib: "Sautgeyt mükəmməl iş görür. Düşünürəm ki, Avropa çempionatından sonra onunla müqavilənin uzadılmasını müzakirə edəcəyik".
Qeyd edək ki, Qaret Sautgeyt 2016-cı ildən İngiltərə yığmasının baş məşqçisidir. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Rusiya keçirilmiş dünya çempionatında 4-cü olub. Mütəxəssisin hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. İngiltərə AVRO-2020-nin 1/8 finalında iyulun 29-da Almaniya ilə görüşəcək.
Son xəbərlər
22:30
Azərbaycan millisinin baş məşqçisi: "Qazandığımız ilk xal yığmaya əlavə ruh verəcək"
Futbol22:23
Gəncədə üç yaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb
Hadisə22:16
Ukrayna millisinin baş məşqçisi: "Yaxşı çıxış edə bilmədiyimizə görə xal itirdik"
Futbol22:06
Ukrayna Avropanın maliyyə dəstəyi sayəsində Aİ üzvlüyünə doğru uğurla irəliləyir
Digər ölkələr21:58
Fransanın yeni Baş nazirinin adı açıqlanıb
Digər ölkələr21:54
Tramp İsrailin zərbələrindən sonra Netanyahu və Qətərin rəhbərliyi ilə danışıb
Digər ölkələr21:54
Foto
Video
DÇ-2026: Azərbaycan millisi Ukrayna ilə bərabərə qalıb - YENİLƏNİB-5
Futbol21:49
KİV: Yeni baş nazir tapmaqda çətinliklər Makronun istefasına səbəb ola bilər
Digər ölkələr21:34