İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Futbol
  • 27 sentyabr, 2022
  • 05:00
İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Futbol üzrə İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, Qaret Sautgeytin baş məşqçi olduğu komanda 6 rəsmi oyunda qələbə qazana bilməyib.

Britaniyalılar UEFA Millətlər Liqasında keçirdiyi matçların 3-də heç-heçə edib, eyni sayda məğlubiyyətlə üzləşib. Yığma son olaraq 1993-cü ildə uğursuz seriya ilə yadda qalıb.

Qeyd edək ki, A Liqasında 3-ü qrupu 3 xalla sonuncu pillədə başa vuran İngiltərə millisi B Liqasına düşüb.

44 - Tezliklə