İngiltərə gəncləri futbol üzrə Avropa çempionatının qalibi olublar

Futbol
  • 29 iyun, 2025
  • 02:05
İngiltərə gəncləri futbol üzrə Avropa çempionatının qalibi olublar

İngiltərə yığması gənclər arasında futbol üzrə Avropa çempionatının final oyununda Almaniyaya əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.

“Report” xəbər verir ki, final matçı Slovakiyada keçirilib.

Qaliblərin qollarını Harvi Elliott (5-), Omari Hatçinson (25) və Conatan Rou (92) vurub. Almaniyadan Nelson Viper (45+1) və Pol Nebel (61) fərqlənib.

Üçüncü yeri Niderland və Fransa komandaları bölüşüblər.

İngiltərə yığması ardıcıl ikinci dəfə turnirin qalibi olub. 2023-cü ildə İngiltərə finalda İspaniyanı məğlub edib (1:0).

Turnirdə qələbələrin sayına görə rekordçular hərəyə beş dəfə gənclər arasında Avropa çempionatının qalibi olmuş İspaniya və İtaliya komandalarıdır. İngiltərə dördüncü, almanlar üç dəfə kuboku qazanıb.