"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

Futbol
  • 19 sentyabr, 2026
  • 16:14
İmişli ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ronaldo Souza daha əvvəl, 2025/2026 mövsümündə bu klubun formasını geyinib. "İmişli" avqustun 4-də oyunçu ilə vidalaşdığını açıqlamışdı.

44 - Tezliklə