"İmişli" 2026/2027 mövsümündə azərbaycanlı futbolçulara üstünlük verəcək
- 16 iyul, 2026
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
"İmişli" komandası 2026/2027 mövsümündə azərbaycanlı futbolçulara üstünlük verəcək.
"Report"un məlumatına görə, bu barədə "İmişli" klubunun icraçı direktoru Aqşin Mürsəlov bildirib.
Bölgə təmsilçisinin rəsmisi komandanın planları və strategiyası ilə bağlı təşkil olunan mətbuat konfransında açıqlama verib:
"Ötən mövsüm yuxarı pillələrdəki komandalar digərlərindən səviyyə fərqinə görə çox seçilirdi. Yaxşı və yerli oyunçulara üstünlük vermək niyyətindəyik. Komandada legionerlər də olacaq. Ötən mövsümdəki oyunçuların qalması da mümkündür. Komandada olan futbolçuları saxlamaq istəyirik. Olmasa, yenilərinə baxacağıq. Azərbaycanlı oyunçulara üstünlük verməyə çalışacağıq".
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 14-də start götürəcək.