İbrahimoviç ağır zədəyə görə karyerasını bitirə bilər
Futbol
- 25 may, 2022
- 14:30
İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunacaq.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, isveçli hücumçu 7-8 ay yaşıl meydanlardan kənarda qalacaq.
Bir müddət öncə Milan şəhərinin eyniadlı təmsilçisinin 41 yaşlı forvardla yeni müqavilə imzalayacağı barədə məlumat yayılıb. Lakin hazırkı vəziyyətə görə təcrübəli oyunçunun karyerasını bitirə biləcəyi də istisna olunmur.
İddiaya görə, İbrahimoviç futbolla vidalaşsa, mərhum agent Mino Rayolanın şirkətində işə başlaya bilər.
Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 8 qol vurub və 3 məhsuldar ötürmə edib. O, "rossonerilər"lə İtaliya çempionluğunu qazanıb.
Son xəbərlər
20:47
Karsten Broyer NATO Hərbi Komitəsinin rəhbəri seçilib
Digər ölkələr20:33
NYT: Trampın Qrenlandiya ilə bağlı bəyanatı ada sakinlərində çaşqınlıq yaradıb
Digər ölkələr20:25
Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazda sabitlik üçün imkan yaradıb
Xarici siyasət20:21
Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Digər ölkələr20:20
Foto
Azərbaycan boksçuları Qazaxıstanda keçirilən turnirdə üç medal qazanıblar
Fərdi20:15
Foto
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib
Daxili siyasət20:07
Foto
Ukraynada Ermənistanın azərbaycanlı əhalisinin tarixi haqqında kitab çap olunub
Digər ölkələr20:04
ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib
İKT20:03