​İtaliya klubunda bu mövsüm 8-ci dəfə baş məşqçi istefası baş verib

Futbol
  • 12 aprel, 2016
  • 05:47
​İtaliya klubunda bu mövsüm 8-ci dəfə baş məşqçi istefası baş verib

Bakı. 12 aprel. REPORT.AZ/ İtaliyanın "Palermo" futbol klubu baş məşqçi Valter Novelinonu istefaya göndərib. "Report"un məlumatına görə, buna səbəb komandanın uğursuz çıxış nəticələridir.

Bununla da "Palermo" cari mövsümdə 8-ci dəfə baş məşqçisi ilə vidalaşıb. V.Novelinodan əvvəl Cuzeppe Yakini 2 dəfə, Davide Ballardini, Fabio Viviani, Gilyermo Skelotto, Covanni Tedesko və Covanni Bosi ilə yollar ayrılıb.

Qeyd edək ki, "Palermo" hazırda İtaliya A Seriyasında 28 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və düşmə zonasındadır.