Azərbaycanda gömrük daxilolmalarının gələn il gözlənilən strukturu açıqlanıb
- 19 sentyabr, 2026
- 12:19
Yeniliklərdən dərhal xəbərdar olun!
2027-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olması gözlənilən 6 milyard 865 milyon manat vəsaitin 68,5 %-nin və yaxud 4 milyard 700 milyon manatının əlavə dəyər vergisinin payına düşməsi nəzərdə tutulur.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 1,05 % azdır.
Əvəzində digər vergi növlərindən daxilolmaların artacağı gözlənilir.
Beləliklə, gömrük daxilolmalarının gələn il gözlənilən strukturu aşağıdakı kimidir:
| № | Gömrük daxilolmaları | 2027-ci il üzrə proqnoz (milyon manat) | 2026-cı il üzrə proqnoz (milyon manat) | Dinamika |
| 1 | Əlavə dəyər vergisi | 4 700,0 | 4 750,0 | -1,1% |
| 2 | Aksiz vergisi | 240,0 | 234,0 | +2,6% |
| 3 | Yol vergisi | 61,0 | 60,0 | +1,7% |
| 4 | Dövlət rüsumu | 1 864,0 | 1 818,0 | +2,5% |
| Cəmi | 6 865,0 | 6 862,0 | +0,1% |