İspaniya Kubokunun finalçıları müəyyənləşib
Futbol
- 05 mart, 2015
- 06:17
Bakı. 5 mart. REPORT.AZ/ Futbol üzrə İspaniya Kubokunun finalçıları müəyyən olunub. "Report"un məlumatına görə, ilk olaraq "Barselona" klubu finala vəsiqə qazanıb.
"Vilyarreal"la qarşılaşan kataloniyalılar səfərdə 3:1 hesablı qələbə qazanıb. "Nou kamp"da keçirilən ilk oyunda da eyni hesab qeydə alındığından, "Barselona" kubok qazanmaq uğrunda mübarizəni davam etdirəcək.
Digər finalçının adına isə "Espanyol" və "Atletik Bilbao" komandaları arasında keçirilən görüşdə aydınlıq gəlib. "Espanyol"un meydanında üz-üzə gələn komandaların oyununda qonaqlar 2:0 hesablı qələbəyə sevinib. Bilbaoda baş tutan ilk oyunda 1:1 hesablı qeydə alındığından, finala yüksələn tərəf "Atletik Bilbao" olub.
Qeyd edək ki, kubokun final oyunu mayın 30-da keçiriləcək.
Son xəbərlər
09:40
Bakının iki rayonunda qaz olmayacaq
Energetika09:30
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Sosial müdafiə09:28
ABŞ-dən olan basketbolçu Qeylen Smit Azərbaycan klubuna qayıdıb
Komanda09:22
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Hadisə09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.09.2026)
Maliyyə09:04
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
ASK09:00
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
Futbol08:57
Çin və ABŞ Amerika kömürünün idxal şərtləri barədə razılığa gəliblər
Digər ölkələr08:42